Cey Lodan sinə və omba dekolteli libasda film TƏQDİMATI - FOTO 

Cey Lodan sinə və omba dekolteli libasda film TƏQDİMATI - FOTO 

Hazırda oxunan: Cey Lodan sinə və omba dekolteli libasda film TƏQDİMATI - FOTO 

78447

Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez Nyu-Yorkda “Tribeka Festivalı”nın açılışında iştirak edib.  

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, festivalda müğənni və aktrisaya həsr olunmuş “Yarım vaxt” sənədli filmi nümayiş olunub.  

Cey Lo görünüşü ilə yenə də ağılları başdan alıb. Belə ki, 52 yaşlı ulduz gecəyə dünyaca məşhur “Tom Ford” markasına məxsus uzun, qara rəngli sinə və omba nahiyəsi transparan libasda qatılıb.  
O, “look”unu “Lorraine Swartz” brendinə aid dəbdəbəli və füsunkar zinət əşyaları ilə tamamlayıb. “Netflix” platforması üçün çəkilmiş filmdə Cenniferin şöhrətə gedən yolu, eləcə də karyerasındakı zəfərləri və çətin anları əks olunub.  

Film ömrün hekayəsini oynayır. Çəkiliş iki il əvvəl, Cey Lonun 50 yaşını qeyd edərkən başlayıb. 

“Çempionlar oyunun ikinci yarısında müəyyənləşir. Deməli, mən belə hiss edirəm, bütün həyatım qarşımdadır və həyəcanlıyam”, - deyə müğənni premyerada bildirib.  

Rəşad Əliyev, Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO