“Həyatda bəzi şeylərə gücümün yetmədiyini kiçik yaşlarımda öyrəndim. Çoxumuzun uşaq vaxtı ağlından “Pulu insan düzəldirsə, kəsib hamıya niyə paylamır?” keçirdiyini bilirəm. Bu fikrin hələ də dahiyanə olduğunu düşünürəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkə hesabında yazıb.
Fəlsəfi fikirləri ilə diqqət çəkən sənətçi, çətinliklərdən və güc tapıb əziyyətlərə qalib gəlməyin yollarından söz açıb.
“Məncə hamımız həyatımızın bir çox məqamında dünyanı qurtarmaq həvəsinə düşürük. Bütün əziyyətlərə, ağrılara, problemlərə çarə olmaq, bütün acları doyurmaq, sevgisiz qalanları qucaqlamaq istəyirik.
Bir yandan da dünyanın fərqli yerlərində, fərqli zamanlarda yaşamış, kitablar yazmış müdrik insanlar, nənə-babalarımız nəsihətlərində eyni şeyləri dilə gətiriblər.
Dəyişdirə biləcəklərinizi dəyişdirməyə niyət edin və dəyişdirə bilməyəcəklərinizlə yaşamağı öyrənin. Adam bəzən dünyanı qurtarmaq istəyərkən, sadəcə yaşadığı günü qurtara bildiyinin fərqinə varır və məyus olur. Bir tərəfdən də hər şeyin keçəcəyini biləndə, Allaha inamın tam olunca, insanın içi çılçıraq kimi olur. Allah, bütün insanlara dayaq və kömək olsun”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:31 / 09.06.2022
İradə çətinliklərdən yazdı: “Pulu insan düzəldirsə, kəsib hamıya niyə paylamır?”
Hazırda oxunan: İradə çətinliklərdən yazdı: “Pulu insan düzəldirsə, kəsib hamıya niyə paylamır?”
Hazırda oxunan: İradə çətinliklərdən yazdı: “Pulu insan düzəldirsə, kəsib hamıya niyə paylamır?”
78441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.