Eldəniz məşhur xanəndənin kürəkənidir - VİDEO  

Eldəniz məşhur xanəndənin kürəkənidir - VİDEO  

Hazırda oxunan: Eldəniz məşhur xanəndənin kürəkənidir - VİDEO  

78415

“Oğlumun 22 yaşı var. Evlənməyi çox tezdir. Məndən olsa, onu indi evləndirərəm. Amma özü bunu istəmir”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Xalq ulduzu” mahnı yarışması ilə məşhurluq qazanan müğənni Eldəniz Məmmədov qonaq olduğu “1 Dəqiqə” axşam şousunda deyib.

Sənətçi verilişdə övladlarından söz açıb:

“Sevib evlənmişəm. Çox xoşbəxtəm. Üç ğözəl övladım var. 2 qız, bir oğlan. Böyük qızım Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Hazırda həmin universitetin maqistr pilləsində təhsil alır. Oğlum ADA universitetində təhsil alır. Amma təhsilini Rusiyada davam etdirir.

Kiçik qızım isə skripkaçıdır. Beynəlxalq və respublika müsabiqələrinin laureatıdır:  

E.Məmmədov xanəndə Eldar Novruzovun qızı ilə ailə qurduğunu etiraf edib.

“Həyat yoldaşım kənddə doğulsa da, Bakıda yaşayırdı. Onun ailəsini kiçik yaşlarımdan tanıyırdım. Məşhur xanəndə Eldar Novruzovun qızıdır. Kəndçiyik, qohumuq. Anam söylədi ki, Eldar bəyin qızı var. Dedim ki , lap yaxşı.
O, uşaqlıqdan yanımda böyüyüb. Gördüm, tanıdım, sevdim, aldım. Ailə həyatı qurandan sonra kirayədə yaşadıq. Sonra xalamın evində qaldıq. O ərəfədə xalamgil həmin evdən istifadə etmirdilər. İndi həmin evdə qardaşımla anam yaşayır”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO