"Bu sənətə təsadüfi gələnlər çoxdur demirəm, amma var. Kənardan baxıb deyirsən ki, "Ay Allah, bu iş bunun üçün deyil".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu "10dan sonra" səhər şousunda deyib.
"Kənardan bizim gördüyümüz iş çox asan görsənir. Dəbdəbəli, parlaq... Deyirlər ki, bəxtəvərlər geyinib-keçinib oxuyurlar. Amma bizim sahə əslində ən çətindir. Bu sahəyə meyillənirlər ki, gəlib bir mahnı oxuyub, varlı olacaqlar".
Rəşad Əliyev, Bizim.Media