Həmidə Ömərovanın oğlunun toyudur - FOTO

Həmidə Ömərovanın oğlunun toyudur - FOTO

Hazırda oxunan: Həmidə Ömərovanın oğlunun toyudur - FOTO

78315

Bu gün Xalq artisti Həmidə Ömərovanın oğlu Rəhimin toyudur.  

Bizim.Media xəbər verir ki, bu haqda xeyriyyəçi və aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında məlumat verib.  

O bildirib ki, Rəhimin toy məclisi paytaxt restoranlarından birində baş tutacaq. 

"Düz 2 ay əvvəl Həmidə xanım mənə zəng edərək, titrək səslə müjdəni verdi və "Nurançik” səni Rəhimin toyuna dəvət edirəm", dedi. O qədər sevindim ki, çünki Həmidə xanım bu günü çoxdan gözləyirdi. Hətta deyim ki, Rəhim doğulandan anası ancaq onun toyunu arzu edirdi. Budur, iyun ayının 8-i gəlib çatdı.

Xoşbəxtlikdən mən də Almaniyadakı ənənəvi müalicə səfərindən qayıtdım. Elə narahat idim ki. Deyirdim, birdən nəsə yolunda getməz, toya çata bilmərəm.

Şükürlər olsun ki, artıq Bakıdayam və deyim ki, keçiriləcək toyu böyük intizarla gözləyirəm. Cəmi bir neçə saat sonra mənə anam qədər doğma olan aktrisanın, Xalq artisti Həmidə Ömərovanın göz bəbəyi oğlunun toyuna qatılacam. Duyğularım izahsızdır. Sevincliyəm. Elə bilirəm ki, qardaşımın toyudur. Ən gözəli isə odur ki, Rəhim öz sevdiyi xanımla ailə qurur. Sənə bu gözəl gündə ancaq və ancaq səadət arzulayıram, Rəhim. Gözlərində həmişə sevinc, şadlıq olsun” deyə, Hacı Nuran paylaşımına şərh yazıb. 

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO