"Nərminin qanı aşağı düşdüyündən reanimasiyaya aparılıb".
Bu sözləri müğənni Nərmin Kərimbəyovanın prodüseri Aytən xanım Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
O, müğənninin əməliyyatdan sonra sağlamlıq vəziyyətinin anidən pisləşdiyini, lakin hazırda durumunun qənaətbəxş olduğunu bildirib.
"Çox ağır əməliyyat keçirdiyi üçün vəziyyəti tez-tez dəyişir. Hazırda Nərmin özünü ötən günə nisbətən daha yaxşı hiss edir. Anası mənə bildirdi ki, həkimlər Nərmini reanimasiyadan palataya köçürüblər. Həkimlərin ciddi nəzarətindədir".
Aytən həmçinin, Nərminin qaraciyər donoru olduğu qardaşı Kamranın vəziyyətinin normal olduğunu da açıqlayıb.
Qeyd edək ki, Nərmin Kərimbəyova daha əvvəl redaksiyamıza açıqlamasında 42 yaşlı qardaşı Kamranın hepatit B virusuna yoluxduğunu açıqlamışdı.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:56 / 08.06.2022
Nərminin son vəziyyətilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Nərminin son vəziyyətilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Nərminin son vəziyyətilə bağlı AÇIQLAMA
78268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.