Suada ərindən danışdı:

Suada ərindən danışdı: "Bilmirdim ki, Van Dammın oğludur" - FOTO

Hazırda oxunan: Suada ərindən danışdı: "Bilmirdim ki, Van Dammın oğludur" - FOTO

78262

"Hamıya ən maraqlısı budur: biz necə tanış olmuşuq? Deyilənlər kimi, TikTok və ya "Qız Amerikada yaşayırdı orada tanış olublar" deyil. Bu kimi yalanları özlərini mənə yaxın bilib profil açıb yazanlar yayır. Biz Krislə 2016-cı ildən bu yana dost olmuşuq. Tanışlığımız haqda tezliklə biləcəksiz". 

Bizim.Media xəbər verir ki, bu sözləri dünya şöhrətli aktyir Jan Kloud Van Dammın oğlu Kristoferlə evlənən azərbaycanlı pianoçu Suada Hacızadə bildirib.  

Suada, sosial şəbəkədə ona ünvanlanan sualları cavablandırıb. Hacızadə həyat yoldaşı ilə uzun illər dost olduğunu söyləyib. Həmçinin pianoçu, Van Dammla münasibətlərindən də söz açıb.  

"İlk dəfə real həyatda tanış olanda mənə tərəf gəlib, qollarını açıb "Qızım" səsləndi və qucaqladı. Sadə iki insan, ailə kimi tanış olduq. Aramız çox yaxşıdır. Öz uşaqları ilə necə danışırsa, məni də eyni cür qəbul etdi. Səmimi, ürəyi sevgi ilə dolu bir ata. Qayınanamla öz anam kimi, bacısısıyla bacım, qardaşıyla qardaşım kimiyəm". 

22 yaşlı Suada Kristoferlə ailəli olsalar da ayrı yaşadığını vurğulayıb. 

"Amerikada olmamışam. Bir ildir viza gözləyirəm. O da hələ ki, gələ bilmir. Çünki film sahəsi asan deyil, iş çoxdur. Bu, bizim şəxsi həyatımızdır. Kristofer ən qısa zamanda bizim adətlərlə tanış olmaq, kabab və plovu dadmaq istəyir. Ən əsası isə, Xəzər televiziyasında "Kənd həyatı" verilişini aparan qusarlı nənə ilə tanış olmaq istəyir. Hər gün ona baxır. Yaxın zamanda Azərbaycana gələcək. Bu il bizim üçün çətin oldu. Evli olaraq birlikdə yanbayan olmamaq çox çətindir. Amma bunun da öhdəsindən birlikdə ailələrimizin və dostlarımızın köməyi ilə gələcəyik. Bakıda doğulmuşam və burada yaşayıram. Hələ də Bakıdayam. Viza almaq prosesində də burada qalıram".  

İzləyicilərin suallarını bir-bir cavablayan S.Hacızadə Kristoferin Hollivud ulduzunun oğlu olduğunu uzun illər bilmədiyini dilə gətirib: 

"Kristoferin atasının kim olduğunu bilmirdim. Bu haqda söyləmirdi və heç yerdə onu göstərmirdi. İllər sonra bilmişəm". 

Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.  

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO