Emberin səhnələri

Emberin səhnələri "Aquaman-2"dən silinəcək - FOTO 

Hazırda oxunan: Emberin səhnələri "Aquaman-2"dən silinəcək - FOTO 

78108

Keçmiş əri Conni Deppə qarşı iddiasını uduzduqdan sonra Ember Herdin yer aldığı səhnələr “Aquaman-2” bədii filmindən silinəcək.  

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, kinorejissorlar premyeradan əvvəl mətbuatın mənfi tənqidlərindən qaçmaq üçün Herdin obrazı olan Merunu “öldürmək” istəyirlər.  

Qəhrəman Herd filmin əvvəlində doğuş zamanı ölə bilər. Ceyson Momoanın baş rolda oynadığı filmin premyerasının 17 mart 2023-cü ildə keçirilməsi planlaşdırılır.  

Məhkəmə davası başlayandan sonra bir çox internet istifadəçisi Conni Deppin tərəfini tutub Amberin filmdən çıxarılmasını tələb edib. Hətta sosial şəbəkə əhli Emberin “Aquaman-2”dən çıxarılmasını tələb edən petisiya yaratmışdılar.  

Aktrisa isə məhkəmədə bildirib ki, Conni Deppin komandasının başlatdığı “qara kampaniya” səbəbindən onun karyerası çox zərər çəkib. Xüsusilə, onun üçün ən vaciblərindən birinə çevrilən və karyerasına ciddi təkan verən “Aquaman-2”də canlandırdığı qəhrəman Meranın taleyindən narahat olub.

İctimai qınaq səbəbilə Herdin olduğu səhnələr xeyli azalıb və onun iştirakı ilə ekran vaxtı 10 dəqiqədən çox olmayıb.

Eyni zamanda, məhkəmə prosesi başa çatdıqdan sonra sosial şəbəkədə Conni Deppin Karib dənizinin quldurları franşızasına qayıda biləcəyi ilə bağlı şayiələr yayılıb. Çünki aktyorun ətrafındakı rezonans yeni filmin reytinqini yüksəldə bilər.  
Qeyd edək ki, keçən həftə Conni Deppin məhkəmədə Emberi məğlub etdiyi məlum oldu. Məhkəmə aktrisanı böhtanda təqsirli bilib və 15 milyon dollar ödəməyə məcbur edib.  

Bunun müqabilində isə Depp Emberə 2 milyon dollar ödəməlidir. Aktrisa bununla da kifayətlənməyərək apellyasiya şikayəti vermək niyyətindədir.  

Herdin vəkili isə bildirib ki, onun müştərisinin Conni Deppə təzminat ödəməyə pulu yoxdur.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO