““Tik-Tok”dakı səhifə mənim yox, həyat yoldaşımındır. Üç aydır orda canlı yayımlar açıram. 2 ay ərzində yayımlardan qazandığım pula özümə ən bahalı telefon aldım. Həmçinin, avtomobilimizə lazım olan əşyalar aldıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə qonaq olduğu “Onun sirri” verilişində deyib.
Sənətçi sosial şəbəkədən qazandığı pulun məbləğini də açıqlayıb.
“2-3 ay ərzində 5500-6000 manat pul qazandım. Mənə daha çox Rusiyadan iş xanımları dəstək oldu”.
Verilişin aparıcısı Lətafət Ələkbərovanın “Kənan Mahmudov daha çox pul qazanır, yoxsa sən?” sualına isə aktrisa “Yəqin ki, Kənan. Mənə dəstək olan iş xanımları Rusiyadandır. Oradakı müəyyən məsələlərə görə, indi o qədər də çox pul qazana bilmirəm” - deyə cavab verib.
Qeyd edək ki, X.Əlizadə Murad adlı şəxslə evlidir. Bu onun ikinci evliliyidir. Xuraman Murad cütlüyünün bir oğlu var.
Rəşad Əliyev, Bizim.Media