“Oğlumun yaşını soruşmayın, cavan görünmək istəyirəm” – Rahidə Baxışova - VİDEO

“Oğlumun yaşını soruşmayın, cavan görünmək istəyirəm” – Rahidə Baxışova - VİDEO

Hazırda oxunan: “Oğlumun yaşını soruşmayın, cavan görünmək istəyirəm” – Rahidə Baxışova - VİDEO

78065

“Oğlum məktəbi bitirib”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Oğlunun yaşını gizlədən sənətçi, bu yolla öz yaşını ortalığa çıxmasını sığortalamağa çalışıb.

“Oğlumun yaşını məndən soruşmayın. Çünki hər zaman cavan görünmək istəyirəm. Deyirlər ki, filankəs filan təvəllüdlüdür. Bunu özüm demişəm də. Əgər deməsəydim, haradan bilirdilər ki? Sonra da özümə deyirəm ki, “Niyə bu haqda danışmışam? Nə qədər ağılsız olmuşam?”

“Mən cavan qızam. Çox yaşım da yoxdur. Qadınlarda bir an olur ki, o yaşının neçə olmasını heç kimə bildirmək istəmir. Əsas odur ki, insan cavan olsun. Rəqəmlər saylardır. İnsanın ruhu cavan olsun. Görünüşü o yaşı göstərməsin”, - deyə müğənni bildirib.
Qeyd edək ki, R.Baxışova 1979-cu il yeni il günü - 31 dekabrda Bakı şəhərində anadan olub. Onun 20 yaşlı bir oğlu və bir qızı var.

Rəşad Əliyev, Bizim.Media
 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO