Cəlal Qurbanov: “Büdrəsəm də, yıxılsam da, dura bilməsəm də…”

Cəlal Qurbanov: “Büdrəsəm də, yıxılsam da, dura bilməsəm də…”

Hazırda oxunan: Cəlal Qurbanov: “Büdrəsəm də, yıxılsam da, dura bilməsəm də…”

78049

“Doğulmağımız və ölməyimiz Allahın əlindədir. Verilən ömrün öhdəsindən gəlmək isə öz əlimizdə. Bernard Şou deyib ki, bir yolun çətinlikləri yoxdursa, o yol səni heç bir yerə apara bilməz. Mənim çaparlıq həvəsim də buna bənzəyir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Fire Land production”un rəhbəri, xeyriyyəçi Cəlal Qurbanov sosial şəbəkə hesabında yazıb.  

O, bu günlərdə Novxanıda başına gələn hadisə ilə bağlı post paylaşaraq, çapdığı Xallı adlı atının vəziyyətindən söz açıb.

“Çətinlikləri, qəzaları olan bir sevgidir. Amma bu bağlılığın geri dönüşü yoxdur. Heyvanlar insanın ən etibarlı dostudur. Büdrəsəm də, yıxılsam da, dura bilməsəm də mən onlara həmişə dost olacağam. Bu, Qarabağın havasına, suyuna öyrəşmiş, adına Xallı dediyim həmin atdır. Mənim kimi yerində dayana bilmir, macəra sevir.
 

MÖVZU İLƏ BAĞLI:

Cəlal Qurbanov hadisədən DANIŞDI: ”İtlər məni dişləməyib, ata hücum ediblər...”


Ayağı qum boşluğuna düşüb yıxılan atımızın vəziyyəti yaxşıdır, itlər də bizə heç bir zaman təhlükə yaratmayıb. Onlar sadəcə, bizim yaratdığımız həyəcana qoşulub bələdçilik etmək istədilər”.

Paylaşımında C.Qurbanov ona dəstək olan və yardım edən yaxınlarına, həmçinin müalicə aldığı “Gömrük Hospitalın”ın kollektivinə təşəkkürünü də bildirib

“Bəlkə sınaqlar ətrafını daha yaxşı tanımaq, etdiklərinin hesabatını görmək üçündür. Mən sayənizdə illərimin hesabatını 1 gündə verdim, əzizlərim. Xəbəri alar-almaz “Gömrük Hospitalı”na tələsənlər, içəri buraxılmayacağını bilə-bilə istidə məndən xəbər gözləyənlər, bir ailə olduğumuz şəhid yaxınları! Məni ayaqüstə saxlayan sizin dualarınızdır! Siz mənim ən böyük qazancım oldunuz.

Bu həyatı boşuna yaşamadığıma əmin oldum. Hər zaman yanımda olan dostlarım, doğmalarım, şəhidlərin yadigarı olan balalarım! Siz mənə sevginin, diqqətin də bumeranq olaraq qayıtdığını sübut etdiniz. İndi tez ayağa qalxıb, özümə missiya seçdiyim yolumu davam etdirmək arzusundayam”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO