Mükafat alan Cennifer səhnədə göz yaşı tökdü - FOTO

Mükafat alan Cennifer səhnədə göz yaşı tökdü - FOTO

Hazırda oxunan: Mükafat alan Cennifer səhnədə göz yaşı tökdü - FOTO

77893

Ötən axşam Kaliforniyada “MTV Film və TV”mükafatları mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mükafata layiq görülən dünya pop ulduzu Cennifer Lopez səhnədə nitq söyləyərkən göz yaşlarına boğulub. 

Sənətçi “On My Way” mahnısına görə “MTV Movie and TV Award Generation Award”da heykəlcik alıb və çıxışında sevgilisini də xatırlayaraq, göz yaşları içində hər kəsə təşəkkür edib: 

“Birlikdə işləməkdən zövq aldığım bütün gözəl insanlara təşəkkür etmək istəyirəm. Mənə həyat, sevinc bəxş edənlərə, həm də ürəyimi qıranlara təşəkkür edirəm. Mənə həqiqəti deyənlərə və yalan danışanlara təşəkkür edirəm.
Məni daha güclü etdiyinə görə məyusluqlara, yıxılmalara və mənə sevməyi öyrətdiyinə görə övladlarıma təşəkkür edirəm. Hər kəsə, eləcə də Benə (red. Hollivud aktyoru Ben Afflek) və məni evdə naharda gözləyənlərə təşəkkür edirəm. Mən saat yeddidə orada olacağam!".

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO