Rusiyalı dünya şöhrətli supermodel İrina Şeyk “Jean Paul Gaultier” lüks markasının yeni reklamına çəkilib.
Bizim.Media xəbər verir ki, cazibədarlığı və seksuallığı ilə gözqamaşdıran 36 yaşlı model brendin yay kolleksiyasını təqdim edib.
Bu kolleksiyaya çimərlik geyimlərindən əlavə, modaya qayıdan geyimlər, “top”lar və aşağı belli cinslər də daxildir. Təqdim olunan kolleksiya 90-cı illərin çimərlik dəb üslubunda hazırlanıb.
Obrazı neon bandanalar, kütləvi sırğalar, eynəklər və hündürdaban sandaletlər tamamlayıb.
Rəşad Əliyev, Bizim.Media