Aqşinlə Tərlan Vasifi hədəf aldı:

Aqşinlə Tərlan Vasifi hədəf aldı: "Kişi kişi olmalıdır" - VİDEO

Hazırda oxunan: Aqşinlə Tərlan Vasifi hədəf aldı: "Kişi kişi olmalıdır" - VİDEO

77858

Əməkdar artist Vasif Məhərrəmlinin "Kişi müğənnilərin kirayə geyim götürməsi düzgün deyil. Bu şeylər qadınlara məxsusdur" deməsi kişi həmkarlarını əsəbiləşdirib. 

Bizim.Media xəbər verir ki, söz xiridarları - Aqşin Fateh, Tərlan Novxanı, həmçinin Manaf Ağayev Vasifi hədəf alıb. 

Onlar qarşı tərəfin qalmaqallı fikirlərini belə "xırdalayıblar". 

Aqşin Fateh barmaq silkələyib, sərt danışıb: "Kişi kirayə geyim götürməz" kimi ifadə yalnışdır. Belə söz demək olmaz. Hər kişinin imkanı olmaya bilər. Amma o demək deyil ki, kişilikdən aşağı bır hərəkət edib. Vasif heç bilmir, beş gün sonra nə ola bilər?! Kirayə geyim götürməkdən də aşağı şeylərə möhtac ola bilərsən. Kişiliyi geyimlə ölçmək olmaz. Vasifin ola bilər ki, bahalı kostyumları olsun və kirayəyə ehtiyacı olmasın. Amma elə kişi sənətçilər var ki, onlar efirlərə, tədbirlərə çıxmaq üçün dostundan, reklam əvəzi barter qarşılığında hər hansı bir butikdən gotürüb geyinə bilər". 

A.Fatehin cəbhəsinə isə həmkarı Tərlan Novxanı da qoşulub. 

O, Vasifin bu kəlmələrini həzm edə bilməyib, onu o ki var tənqid edib: "Danışanda gərək, ümümi danışmayasan. Kişi filan şeyi eləməz. Normal olan şeyi kişi edə bilər. Kişi kirayə geyim götürməz ifadəsi anormaldır. Bu fikri əsla qəbul etmirəm. Kişi kirayə avtomobil götürüb, idarə edə bilər, kirayə ev tutub yaşaya bilər, kirayə bağ evi tutub, dincələ bilər. Kirayə elə kirayədir də... Kişi kişi olmalıdır. Əsas budur. Kişilik kiminsə əlindən tutmaq, kimisə geyindirməkdir. Bu şeylər kişiyə aid olan sözlər deyil". 

Bir müddət əvvəl aralarında soyuq küləklər əsən, daha sonra umu-küsülüyü unudub Əməkdar artistlə barışan Manaf Ağayev də əks cəbhədən çıxış edərək V.Məhərrəmlinin qalmaqallı fikirlərinə "su səpməyə" çalışıb: 

"Mən də Vasifin bu sözləri ilə razılaşıram. Toya gedəcəksənsə, efirə çıxacaqsansa, kirayə götürmək yaxşı çıxmır. Bahalı bir şey deyil ki, adi kostumdur. Kostyumu kirayə götürmək nədir? Şəxsən mən buna pis baxıram". 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO