Ayseldən ikibaşlı sözlər:

Ayseldən ikibaşlı sözlər: "Özbaşına yaşamağa nə var ki?" - VİDEO

Hazırda oxunan: Ayseldən ikibaşlı sözlər: "Özbaşına yaşamağa nə var ki?" - VİDEO

77851

"Üzüm gülsə də, içim hər zaman qan ağlayıb. Amma bunu bildirməmişəm. Yaşadıqlarımla heç kimi nə bezdirmişəm, nə də ki, dərdlərinin üstünə dərd vermək istəmişəm". 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə "Şourum" verilişinə müsahibəsində deyib.

Sənətçi valideyinlərinin səhhətində yaranmış problemlərdən də bəhs edib: 

"Valideynlərimin səhhətində problemlər yarandı (red. Aylar əvvəl Aysel Əlizadə sosial şəbəkə hesabında valideynlərinin koronaviruasa yoluxduğunu açıqlayıb, xəstəliyin ağır keçdiyini diqqətə çatdırmışdı). Valideynlərimin səhhəti ilə bağlı çətinliklər yaşayırıq. Çox şükür ki, onlar indi sağ-salamat yanımdadırlar".

Subay A.Əlizadə ailə qurduqdan sonra qaynatası və qaynanası ilə birlikdə yaşamaq istədiyini də açıqlayıb:

 


"Evdən böyük nəfəsi gəlməsi tamamilə başqa bir hissdir. Özbaşına yaşamağa nə var ki?! Ailə həyatı qurduqdan sonra anam və atam kiminsə qaynatası və qaynanası olacaq. Ailədə mehribanlıq olmalıdır. Qarşı tərəfin anasının və atasının da gözümün üstündə yeri var. Allah mənə elə bir ruzi nəsib etsin ki, birlikdə gözəl və böyük ailəmiz olsun".



 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO