Tanınmış şair Novxanıda atdan belə yıxıldı - VİDEO

Tanınmış şair Novxanıda atdan belə yıxıldı - VİDEO

Hazırda oxunan: Tanınmış şair Novxanıda atdan belə yıxıldı - VİDEO

77821

Xəbər verdiyimiz kimi, Novxanı kəndində şair, bəstəkar Cəlal Qurbanov sahibsiz itlərin hücumuna məruz qalıb. Onun  hazırda Bakıdakı xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirildiyi və vəziyyətinin ağır olduğu deyilir.

Bizim.Media xəbər verir ki, jurnalist Hacı Nuran bununla bağlı özünün İnstagram səhifəsində şərh yazıb və hadisənin görüntülərini yayıb.

MÖVZU İLƏ BAĞLI:

Novxanıda it sürüsü şairə hücum etdi – VƏZİYYƏTİ AĞIRDIR


“Xəbər məni çox üzdü. Nəğməkar-şair, Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Fire Land production”un rəhbəri, xeyriyyəçi Cəlal Cavanşir oğlu Qurbanovun xəsarət alması çox pis xəbər oldu. Sevmirəm dostların xəstəlik xəbərlərini nə almağı, nə paylaşmağı. Amma həyatdır, heç kim heç nədən sığortalanmayıb. Eynən Cəlal da. Baş verən hadisə çox təəssüf doğurur. Onun vəziyyətinin ağır olmağı mənə çox pis təsir etdi.

Onun üçün əlimdən gələn ancaq dualarımdır, çünki Cəlal Qurbanov xəstə yatağında deyil, ayaqda olmağa layiq oğuldur. Cəlal Qurbanov yüzlərlə şəhid övladının mənəvi atası olduğu halda bu gün onun övladları "atam üçün dua edin" deyirlər.

Tanrı onu balalarına bağışlasın. Bir məqama da çox təəssüflənirəm. Dostumun belə ağır anında yanında deyiləm. Buna da çox üzülürəm. Cəlal Qurbanov özü çox diqqətcil insandır.

Kiminsə xəstəlik xəbərini eşidən kimi birinci orda olan adamdı qardaşım. Amma təəssüf ki, mən də səhhətimlə bağlı xaricdəyəm. Və bu məqamda ona mənən də olsa dəstək ola bilmirəm. Gücüm tək dualarıma çatır. Mənim əziz qardaşım, yastığın yüngül olsun. Tanrı səni xəstəxana çarpayısı ilə sınamasın. Dua edək”, deyə o, qeyd edib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO