"İşimin başındayam, sevdiyim işlə məşğulam. Evimi dəyişdirdim, həyat yoldaşım Zakirin evinə köçdüm".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Şourum" maqazin verilişinə müsahibəsində deyib.
Həkim-genetik həyat yoldaşı Zakir Bayramovdan söz açan sənətçi, onun dəstəyindən bəhs edib.
"Zakir mənə hər zaman dəstəkdir. Mənə stimul verir və deyir ki, "Daim işləməlisən, yeniliklər təqdim etməlisən"".
"Pulu nə üçün yığıram? İşləyirəm ki, yaxşı yaşayım və istirahət edim. Zakirlə qazancımı işimizə və səyahətlərə xərcləyirik. Hər şeyi də öz hesabımıza edirik".
Rəşad Əliyev, Bizim.Media