Xuramandan ETİRAF:

Xuramandan ETİRAF: "Evlilik üzüyümü itirmişəm" - VİDEO

Hazırda oxunan: Xuramandan ETİRAF: "Evlilik üzüyümü itirmişəm" - VİDEO

77791

"Həyatımda bir dəfə brilliant daşlı karat evlilik üzüyümü itirmişəm".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Maqazin plus" verilişinə müsahibəsində deyib.

Sənətçi evlilik üzüyünü hansı səbəbdən itirdiyinu açıqlayıb:

"Barmağımda üzüyü saxlaya bilmirəm. Belə olan halda əlim avtomatik olaraq şişməyə başlayır".

Xuraman şou əhli ilə qaynayıb-qarışsa da, lakin bəzi həmkarlarından uzaq durduğunu açıq-aşkar etiraf edib.

"Mənim hamı ilə yaxşı münasibətim var. Mən onları yola verib, ötüşdürə bilirəm. Arxamca danışanlardan qaçıram, ünsiyyət qurmuram, onlar olan yerlərə isə getmirəm. Arxanca danışana bir söz deyərsən, o da çönər elə cavab verər ki, abrın-həyan gedər. Həyası olmayan insanlardan uzaq durmaq lazımdır".

"Təkkəbürlü və özünü hamıdan üstün bilən şəxslərdən qaçıram" deyən X.Şuşalı fikirlərini bu mövzuda belə davam edib.

"Belə bir insanların yanında özümü görə bilmirəm, ehtiyat edirəm. Bu cür insanların sayı şou-biznesdə çoxdur. Onlar özlərindən çox razı və təkəbbürlüdür. Allah belə insanları hidayət eləsin. Onların auraları da mənfi olur və mənə təsir edir. Nə gözüm görsün, nə də ki, təsir eləsin".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO