Aktrisa Çimnaz Sultanovaya Xalq artistindən SƏRT SÖZLƏR: “Allah reytinq çıxaranın evini yıxsın”- VİDEO

Aktrisa Çimnaz Sultanovaya Xalq artistindən SƏRT SÖZLƏR: “Allah reytinq çıxaranın evini yıxsın”- VİDEO

Hazırda oxunan: Aktrisa Çimnaz Sultanovaya Xalq artistindən SƏRT SÖZLƏR: “Allah reytinq çıxaranın evini yıxsın”- VİDEO

77670

Dəyərlər itir... 

İtirilənlərsə təkcə milli-mənəvi dəyərlər yox, həm də ənənəvi həyat tərzimizdir. Bu gün hamı gündəm yaratmaq, gündəmdə qalmaq istəyir. Orta məktəb şagirdi də, tələbə də, ailəli qadın da, ailə başçısı olan kişi də... Və bu istəyimizin reallığa çevrilməsi üçünsə bir çoxlarımız istənilən ədəbsizliyə və bəlkə də şərəfsizliyə gedirik.

Çünki, bir çox hallarda kimlərinsə ədəbsiz və senzurasız hərəkəti son nəticədə o adama maddi divident gətirir. İndi hər evdə an azı bir nəfər ya tiktokerdir, ya blogerdir, ya da ki, vaynerdir... Çünki, sosial şəbəkəyə sonsuz maraq pul hərisi olan insanları əyri və ədəbsiz yollara sürükləyir. 
Son vaxtlar Azərbaycanda “18+” verilişlər yayımlayan internet televiziyası fəaliyyətə başlayıb.

Sosial şəbəkələr üzərindən yayımlanan “MF TV” adlı telekanal 2022-ci ilin yanvar ayından etibarən xalqa öz “xidmətlərini” təqdim edir.

İnternet telekanalı Azərbaycan və rus dillərində efir yayımlanır. Kanalda yayımlanan verilişlərdə əsasən “18+” səhnələri ilə doludur. Telekanal sahibləri məhz bu yolla reytinq və tamaşaçı qazanmaq istəyirlər.

Bu günlərdə həmin kanal aktrisa Çimnaz Sultanovanın baş rol aldığı “Çimnazla yataqda” adlı şouproqramının geniş reklamına başlayıb. Heç bir etik qaydalara, insani dəyərlərə sığmayan proqramda mənəvi dəyərlərimiz açıq-aydın baltalanır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Xalq artisti, rejissor Əbdül Mahmudov öz təəssüfünü bildiridi:

“Bu milli-mənəvi dəyərlərimizə bir təcavüzdür. Bu ermənilərin Qarabağa etdiyi təcavüzdən daha qorxulu bir təxribatdır, terrordur. Çünki, maddi dəyərlərin itkisi bərpa olunur, lakin mənəvi zərbələr heç zaman sağalmır”.

Tanınmış rejissor yana-yana dedi ki, “Allah reytinq çıxardanın evini yıxsın. Bu cür tərbiyəsiz verilişlər reytinq üçün, pul üçün edilir. Amma pul üçün millətin min illər boyu qoruyub, gətirdiyi dəyərləri ayaqlar altına atmaq olmaz.
Bu cinayətdir. O cür verilişlərə çəkilənləri də, onu çəkənləri də, onu yayımlıyanları da ən ağır şəkildə cəzalandırmaq lazımdır. Onlar xalqımıza qarşı mənəvi terror aparır. Terroristin cəzası isə ölümdür”.

Sonda haqqında söhbət açdığımız “verilişin” anonsunu təqdim edirik:
 



Surxay Atakişiyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO