Serdar Ortaç yeni gəlir mənbəyini AÇIQLADI 

Serdar Ortaç yeni gəlir mənbəyini AÇIQLADI 

Hazırda oxunan: Serdar Ortaç yeni gəlir mənbəyini AÇIQLADI 

77566

Bir müddətdir maliyyə problemləri ilə gündəmə gələn türk pop ulduz Serdar Ortaç özünə yeni gəlir mənbəyi tapıb.  

Bizim.Media xəbər verir ki, o, ad günləri, yubileylər üçün təbrik  mesajları hazırlayır.  

Məşhurlar tərəfindən səsləndirilən xüsusi sistemə daxil olan Ortaç bu işindən 120 min TL (təxminən 12 372 manat) qazanıb.  

"Məqsədim pul qazanmaq deyil, insanları sevindirməkdir. Bir ilə yaxındır ki, sosial media platforması ilə müqavilə bağlayaraq, sevdiklərim üçün xüsusi kliplər çəkirəm.  

Onların ad günlərini qeyd edirəm, küsmüş cütlükləri barışdırıram. Mənim vasitəmlə qarşı tərəfə istədikləri özəl mesajı göndərirlər” -  deyə məşhur ulduz bildirib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO