Dünya ulduzu tanınmaz halda - FOTO

Dünya ulduzu tanınmaz halda - FOTO

Hazırda oxunan: Dünya ulduzu tanınmaz halda - FOTO

77531

Dünya şöhrətli aktrisa Ketrin Zeta-Cons yeni görünüşü ilə görənləri məəttəl qoyub. 

Bizim.Media xəbər verir ki, tanınmaz halda görüntülənən Hollivud ulduzu yeni ekran işi üçün imicini 180 dərəcə dəyişib. Yeni Orleanda da paparasilərin obyektivinə tuş gələn 52 yaşlı aktrisa, qara dalğalı uzun saçlarını parik vasitəsi ilə qısaldaraq sarışına çevrilib. 

“Oscar” qalibi “Disney Milli Xəzinə” serialının davamı üçün imicində köklü dəyişiklik edən Ketrin qara bazarda əntiq əşyalar satan milyarder rolunu canlandırır. 

Qeyd edək ki, bir neçə həftə əvvəl aktrisa 77 yaşlı əri Maykl Duqlasla birlikdə oğlunu universiteti bitirməsi münasibətilə təbrik edib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO