Halil Sezai yenidən məhkəməlik oldu

Halil Sezai yenidən məhkəməlik oldu

Hazırda oxunan: Halil Sezai yenidən məhkəməlik oldu

77296

Qonşusu 68 yaşlı Hüseyn Meriçi döydüyü üçün bir müddət əvvəl həbs olunan Halil Sezai konsertində qarşı tərəfi təhqir etdiyinə görə, yenidən məhkəməlik olub.  

Bizim.Media xəbər verir ki, sənətçinin bu addımına görə, onun 2 il 4 ay müddətinə həbsi tələb olunur.

Müğənni isə "Söhbət edirdim, heç kimi təhqir etmirdim" - deyərək, iddiaları qəbul etməyib.

Meriç vəkili vasitəsilə İstanbul Anadolu Baş Prokurorluğuna “Ölümdən qorxuram, kin saxlayır, hər an öldürə bilər” - deyə ərizə verərək müğənni haqqında şikayət edib.  

Prokurorun barışıq təklifi isə heç bir nəticə verməyib.  

Qeyd edək ki, Halil 2020-ci ildə "Qəsdən silahla yaralama", "Silahla hədələmə" maddələri ilə həbs edilmişdi. H.Sezai həmin vaxt H. Meriçi döymüşdü.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO