Xuraman rejissor ərindən danışdı:

Xuraman rejissor ərindən danışdı: "Yatan kimi telefonuna baxırdım" - VİDEO

Hazırda oxunan: Xuraman rejissor ərindən danışdı: "Yatan kimi telefonuna baxırdım" - VİDEO

77197

“Bir xanım olaraq, çox qısqanc idim. Sonra psixoloqun yanına getdim. Başa düşdüm ki, bu özgüvənin azlığıdır. Həyat yoldaşımı hədsiz dərəcədə çox sevirdim. Özümü atmışdım ikinci plana. Həmin ərəfədə efirə də çıxmadım ki, bunu bürüzə verməyim, çünki depressiyada idim". 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Xəbər-ətər" səhər şousunda deyib.  

Rejissor həyat yoldaşı Elçin Məmmədovdan söhbət açan sənətçi qısqanclıq səbəbindən, psixoloqa getdiyini açıqlayıb. 

"Həyat yoldaşım yatanda telefonuna baxırdım. Hətta onun telefonuna proqram da yükləmişdim ki, onu güdüm. Psixoloq dedi ki, birinci özünüzü sevməkdən başlayın. Nələrsə axtarmayın, çürütməyin. Onun da, özünüzün də həyatını məhv etməyin. Olanlara şükür edib, həyatınızı davam edin”. 

Qeyd edək ki, Xuraman və Elçin cütlüyünün dörd övladı var. 

Rəşad Əliyev, Bizim.Media

 


 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO