Elnurdan ETİRAF: “Övladımın paltarını özümlə götürüb bu gözəl məkanları ziyarət edirəm” - FOTO 

Elnurdan ETİRAF: “Övladımın paltarını özümlə götürüb bu gözəl məkanları ziyarət edirəm” - FOTO 

Hazırda oxunan: Elnurdan ETİRAF: “Övladımın paltarını özümlə götürüb bu gözəl məkanları ziyarət edirəm” - FOTO 

77121

Xəbər verdyimiz kimi, müğənni Elnur Məmmədov Səudiyyə Ərəbistanının Məkkə şəhərinə gedib.  

Bizim.Media xəbər verir ki, sənətçi Kəbə evinin önündə çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşaraq, oğlu İnamı 1 iyun Beynəlxalq Uşaq Günü ilə bağlı təbrik edib. 

Elnur oğlunun geyimini özü ilə Məkkəyə gətirdiyini açıqlayıb. 

“Bu gün 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü, bayramdır. Uşaqlar Allahın bizə ən gözəl hədiyyəsidir. Mən Məkkə və Mədinəni Allahın mənə bəxş etdiyi övladımın, cənnətimin iyini qoxlayaraq, övladımın paltarını özümlə götürüb iyini içimə alaraq bu gözəl məkanları ziyarət eləmişəm. Əziz İnam, səni və sənin simanda bütün uşaqları bu bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm”. 

E.Məmmədov həmçinin qaldığı otelin pəncərəsindən Kəbə evinə açılan mənzərəni çəkərək, göz yaşı axıdıb.  

Qeyd edək ki, Elnur Məmmədov 2011-ci ildə ailə qurub. Lakin onun 10 il övladı olmayıb. O, aylar əvvəl qonaq olduğu "Günün sədası" səhər şousunda ata olmaq üçün xeyli pul xərclədiyini açıqlayıb. Ötən il isə E.Məmmədovun İnam adlı oğlu dünyaya gəlib.   

Rəşad Əliyev, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO