Zümrüd Bədəlova:

Zümrüd Bədəlova: "Qızım məni bəyənmir" - ÖZƏL- FOTO 

Hazırda oxunan: Zümrüd Bədəlova: "Qızım məni bəyənmir" - ÖZƏL- FOTO 

77016

“Məşhurlar içində istər köhnə dostlarım, istərsə də yeni tanışlıq qurduğum müğənnilərin xahişlərini nəzərə alıb, müsahibə zamanı söylədikləri fikirləri vermirəm. Elə məqamlar var ki, onların sənətinə xələl gətirə bilər. Mən reytinq xətrinə bunları verilişə salmıram. Buna görə də çoxları mənə zəng edib təşəkkür edirlər. Veriliş bu gün var, sabah yoxdur. Amma münasibət qalıcıdır. Sabah o insanlarla üz-üzə gələ bilərəm, işim düşə bilər onlara. Hər şey hörmət-hörmətə bağlıdır”. 

Bu sözləri məşhur teleaparıcı Zümrüd Bədəlova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Tez-tez imicini dəyişən aparıcı izləyicilərindən gələn “Saçınıza rəng qoymaqdan töküləcək” iddialarına belə cavab verib. 

“İmic deyəndə ki, mən tez-tez saç rəngimi dəyişirəm. Başqa köklü dəyişikliklər etmirəm. 17 yaşından bəri saçlarıma rəng qoymağa başlamışam. Onları həm saraltmışam, həm də göyərtmişəm. Saç mənim yaralı yerimdir, onları dəyişməyi çox sevirəm”. 

İki il əvvəl bıçaq altına uzanaraq, “abdominal”, “endoskopik” və kompleks etdiyi qulaqlarına da əl gəzdirən Zümrüd 40 yaşından sonra yenidən plastik əməliyyat etdirəcəyini açıqlayıb.  

“Bu haqda 40 yaşım olandan sonra fikirlərşəcəyəm. Heç bilməzdim ki, iki il əvvəl keçirəcəyim əməliyyat bu qədər ağır və çətin olacaq. Əməliyyata gedəcəyimi heç valideyinlərimə deməmişdim. Cərrah isə sosial şəbəkədə canlı yayım açıb, əməliyyatı nümayiş edirdi. Valideyinlərim isə canlı efirə girib, əməliyyatımı izləyiblər. O günləri unuda bilmirəm”. 


Qızı Ləmandan söz açan Z.Bədəlova onun geyimini və tərzini bəyənmədini söyləyib. 

“Ləman böyüyür. O mənim ən yaxın rəfiqəmdir, sirdaşımdır. Qızımın da öz qayğıları var. Bəzən elə problemlərlə gəlir üstümə ki, gülməyim gəlir. Deyir ki, “Sinifdə mənə söz dedilər, qız sinif yoldaşlarım məndən küsüb, incidilər”. Cavab olaraq ona söyləyirəm ki, “Gələcəkdə onların heç biri sənin yanında olmayacaq. Qızım məni bəyənmir. Geyim tərzimə “ağız büzür”. Deyir ki, uşaqlar kimi geyinirsən. İclaslara gələndə deyir ki, ana kimi geyin, gəl. Qızımın birinci iclasına şortda getmişdim (gülür). İclasa girəndə gördüm ki, bütün valideyinlər normal ana “görünüşü”ndə gəlib. Ondan sonra mən də iclaslara uzun ətəkdə qatılmağa başladım”. 


“Bu qədər işin içində qızınıza necə diqqət ayıra bilirsiniz?” sualına teleaparıcı belə münasibət bildirib. 

“Qızım çox anlayışlıdır. Hərdən mənə analıq edir. Öyrəşmişəm artıq işləməyə. “İşləməyən, dişləməz”. Övladıma özüm baxıram. Ona görə də işləmək, yenə də işləmək”. 

İkinci dəfə ailə qurmaq fikrinin olmadığını deyən Zümrüd Bədəlova yalnız dostu ilə münasibət qura biləcəyini dilə gətirib. 

“O qədər eşq və ailə qurmaq təklifləri alıram ki... Çoxdur. Amma mən bu mövzulardan uzağam. İkinci dəfə isə evlənməyi düşünmürəm. Nə vaxtsa ola bilər. O da kı dostum ola bilər. Yaxşı dostum ola biləcək insanla başqa münasibət yaşayaram. Amma belə yox. Xoşbəxtəm, qarışanım yox, danışanım yox”. 

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO