Rihannadan oğlu dünyaya gələn A$AP Rokki: “Diribaş valideynləri olan fərasətli uşaq istəyirəm” - FOTO

Rihannadan oğlu dünyaya gələn A$AP Rokki: “Diribaş valideynləri olan fərasətli uşaq istəyirəm” - FOTO

Hazırda oxunan: Rihannadan oğlu dünyaya gələn A$AP Rokki: “Diribaş valideynləri olan fərasətli uşaq istəyirəm” - FOTO

76977

Dünya pop və “RnB” musiqisinin ulduzu Rihannanın sevgilisi repçi A$AP Rokki bir neçə həftə əvvəl dünyaya gələn oğlu haqqında danışıb.  

Bizim.Media xəbər verir ki, “Dazed” nəşrinə açıqlama verən repçi etirafları ilə diqqət çəkib.

“Həmişə uşaqlarıma xatırladacağam ki, hətta yetkin olsalar belə, təxəyyüllərini itirməsinlər. Uşaqları qərəzsiz böyütmək istəyirəm. Kiməsə ayrı-seçkilik edən insanlar kimi onları görmək istəmirəm. Mən diribaş valideynləri olan diribaş uşaq istəyirəm” - deyə, A$AP Rokki bildirib.

Hamiləlik dövründə Rihanna və A$AP Rokki tez-tez təkcə müğənninin mövqeyinə görə deyil, həm də açıq-saçıq görüntülərinə görə mətbuatın diqqət mərkəzində oldular.

Pop ulduz müsahibəsində cəmiyyətin hamilə qadınlarla bağlı fikirlərini dəyişmək istədiyini etiraf edib.

“Hazırda bədənim inanılmaz bir dönəmi yaşayır və bunu utanmayacağam. Bu dəfə bayram olmalıdır. Hamiləliyini niyə gizlətməlisən? Bağışlayın, geyinmək çox əyləncəlidir. Həyatımın bu hissəsinin yox olmasına icazə verməyəcəyəm, çünki bədənim dəyişir”.  
 
A$AP Rokki müsahibəsində çölə çıxmazdan əvvəl Rihanna ilə kimin nə geyinəcəyini heç vaxt müzakirə etmədiklərini qeyd edib.

“Biz özümüz birlikdə gözəl görünürük. Əks halda, çox uzun müddət paltar seçmək məcburiyyətində qalacaqdıq” – deyə repçi Rihannanın ondan tez-tez köynəklərini götürüb geyinmək istədiyini bildirib.  

“Bəyəndiyi köynəyi alsam, oğurlayacaq. Sonra onu geri qaytarmaq üçün oğurlamaq məcburiyyətində qalacağam”.  

Qeyd edək ki, Rihannanın hamiləliyi zamanı A$AP Rokki bir neçə dəfə qalmaqalın içinə düşmüşdü. Belə ki, repçi əvvəlcə Rihannanın rəfiqəsi, dizayner Əminə Muaddi ilə aldatmaqda günahlandırılmışdı.  
Sonra o, bu xəbərin yalan olduğunu bildirmişdi. Sonra isə A$AP Rokki Barbadosda silahlı basqın ittihamı ilə həbs olunmuşdu. Rihanna sevgilisinin zaminə buraxmaq üçün 500 min dollar pul ödəmişdi.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO