Gəlinlə baldız canlı efirdə əlbəyaxa davaya çıxdı - QALMAQAL – VİDEO

Gəlinlə baldız canlı efirdə əlbəyaxa davaya çıxdı - QALMAQAL – VİDEO

Hazırda oxunan: Gəlinlə baldız canlı efirdə əlbəyaxa davaya çıxdı - QALMAQAL – VİDEO

76705

"Təsir dairəsi" ictimai-sosial verilişdə qalmaqallı anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, sözügedən proqramda daha bir ailənin həyat dramı gözlər önünə gətirilib.

Belə ki, Samirə adlı bir qadın baldızı Xuraman tərəfindən onu uşaqları ilə birlikdə evdən çıxarmasını tələb edib.

Xuraman studiyaya gələrək kulis arxasında qardaşı Elşənin narkoman olduğunu söyləyərək, Samirənin evdən çıxmasını istəyib.

"Evlə bağlı məsələni bir Samirə, bir də Elşən bilər. Oğrunun özü Sevdanın özüdür. Anam rəhmətlik olmasaydı, dörd il bundan əvvəl telefon oğurluğu üstündə əlli-ayaqlı gedərdi".

Bu sözlərdən sonra Samirə ayağa qalxaraq Xuramana hücum çəkib.

"Anan dörd uşağı qoyub, yorğanın altından qaçıb. Qardaşın qızı, dayının arvadı belə. Mənə ləkə yaxa bilmərsən. Qızın narkotik satır".

Daha sonra ikili arasında kulis arxasında əlbəyaxa dava düşüb. Onları isə biri-birindən ayıran verilşin çəkiliş heyəti və aparıcısı Lalə Azərtaş olub.

Samirə studiyaya gətirilərək, kürsüyə əyləşdirilib. Əsəblərini cilovlaya bilməyən Samirə özünü döyməyə başlayıb. Daha sonra halı pisləşən qadına verilişdə ekspert qismində iştirak edən Əməkdar artist Nahidə Orucova su verərək köməklik edib.

Bundan sonra canlı efirdə gərgin anlar yaşanıb.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO