Məleykədən

Məleykədən "fotoşop" iddialarına cavab: "Hamımızın mənfisi və müsbəti var" - VİDEO

Hazırda oxunan: Məleykədən "fotoşop" iddialarına cavab: "Hamımızın mənfisi və müsbəti var" - VİDEO

76639

"Acığım gələn adama belə bu sözləri yazmaram. Boş adamlardı, oturub yazırlar. Öz zehninin düşəncəsində olan fikrini söyləyir. Özləri "fotoşop" edirlər, ona görə yazırlar. Ürəyin parlaqdırsa, gözəldirsə, üzünə vuracaq. Gözəllik gedəridir, qalıcı deyil. Nur qalıcıdır. Nur getdikcə üzə vurur, yaşlandıqca insan nurlanırsa, gözəlləşirsə, o nur xarici yox, daxili gözəllikdir".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "MTV Maqazin" verilişinə müsahibəsində deyib. 

Aktrisa izləyicilərin, "şəkillərini fotoşopla gözəlləşdirir" ittihamlarına qəzəb dolu cavab verib.

"Qara rəngin özündə belə gözəllik görürəm. Hamımızın mənfisi də var, müsbəti də. Allah mənə o düşüncəni verib ki, insanın ən gözəl yerini görürəm və xarakterini axtarıram. Bir insanın qəlbini qırmaq çox asandır. Qəlb qırmaq olmaz". 

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO