Bədənşəkilləndirmə əməliyyatı keçirən Aytac: “Ərimdən boşanmamışam” - VİDEO

Bədənşəkilləndirmə əməliyyatı keçirən Aytac: “Ərimdən boşanmamışam” - VİDEO

Hazırda oxunan: Bədənşəkilləndirmə əməliyyatı keçirən Aytac: “Ərimdən boşanmamışam” - VİDEO

76613

“Bədənşəkilləndirmə əməliyyatı keçirmişəm. “Liposaksiya” əməliyyatı ilə artıq piylərdən azad olmuşam. Əlavə olaraq heç bir nahiyəmi böyütməmişəm. Açıq şəkildə deyirəm ki, ombamı əməliyyatla böyütməmişəm”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aytac Vidadiqızı “MTV maqazin” verilişinə müsahibəsində deyib.  

Plastik əməliyyat vasitəsi ilə artıq çəkidən azad olan müğənni, həmkarlarının keçirdiyi “omba” əməliyyatlarını məsxərəyə qoyub.  

“Aşırı dərəcədə müəyyən nahiyələrini böyüdənlərə yaxşı baxmıram. Kənardan yaxşı görünmür. Hər şey qədərində olanda gözəl görünür. Kompleksim bədənimdə idi, amma simamda kompleksim yoxdur. Təbiiliyi qoruyub saxlasam, daha yaxşıdır. Çünki başqalarından seçilməliyəm”.  

O sonra deyib ki, həddən artıq sünilik yayılıb:  

“Buna qarşıyam. Depressiyada idim. Mənə bir dəyişiklik lazım idi. Artıq çəkidən azad olmalı, imicimi dəyişməli idim, bunu da bacardım. Çünki daxilən dəyişməyə tam hazır idim. Bir sözlə dəyişilməyə ehtiyacım vardı”.  

Türkiyə vətəndaşı Can Bekirlə ailəli olan müğənni Aytac Vidadiqızı artıq üç ildir ki, ondan ayrı qaldığını açıqlayıb.  

O, bu ayrılığı Canın Amerikada yaşayıb, orada biznes fəaliyyəti ilə məşğul olması ilə əlaqələndirib.  

“Həyat yoldaşım xaricdədir. Biz ayrı yaşayırıq. Hər ikimizin də vəziyyətimiz yaxşıdır. Getmək istəmirəm. Mənim üçün bura daha rahatdır. Gələcəkdə uşaqlarım istəsələr, atalarının yanında Amerikada yaşayarlar. Dəfələrlə cəhd etdim Amerikaya getməyə, sadəcə alınmadı. Hər şeyi zamana buraxıram”.  

Aytac Vidadiqızı müsahibəsində həyat yoldaşı ilə boşanma xəbərlərinə də münasibət bildirib.

“Biz boşanmamışıq. Hər şey qaydasındadır. Məsafələr soyuqluğu istər-istəməz yaradır. Münasibətlərimizdə soyuqluq var. Həyat yoldaşıma “Dön gəl” dediyim zamanlar çox olub. Hiss edirəm ki, tək yaşamaq üçün doğulmuşam. Ayrılıq olacaqsa, olacaq. Birləşəcəyiksə, birləşəcəyik. Bizim iki övladımız var. Biz onların gələcəyi üçün çalışmalıyıq. Sevgimi övladlarımıza verirəm”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO