Vüsalədən qızı ilə bağlı paylaşım: \

Vüsalədən qızı ilə bağlı paylaşım: \"Dünya malına bədəl balam...\" – FOTO 

Hazırda oxunan: Vüsalədən qızı ilə bağlı paylaşım: \"Dünya malına bədəl balam...\" – FOTO 

76404

“7 canlı” axşam şousunun aparıcısı Vüsalə Əlizadə qızı Diləklə bağlı paylaşımı ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, qızının fotolarını sosial şəbəkə hesabında yayımlayan aparıcı onun ibtidai sinifdən məzun olduğunu açıqlayaraq, təbrik yağışına qərq edib.  

“Biz ikimiz, əl-ələ tutub yaşam yoluna çıxdıq. Bir gəzdik, bir danışdıq, bir öyrəndik, bir ağladıq, bir güldük, bir böyüdük… Şükürlər olsun Allahıma, bunu da bacardıq, bu gün biz ibtidai sinifdən məzun olduq. Dünya malına bədəl balam, Allahdan tək arzum sən Diləyimi sağlam, xoşbəxt, ağıllı və öz ayaqları üzərində dura biləcək gücə sahib bir xanım görməkdir.

Çox xoşbəxt ol, mənim “pamuk prensesim”, ali məktəbdən məzun ol” - deyə, V.Əlizadə yazıb.  

Qeyd edək ki, Azər Zahid və Vüsalə Əlizadə dörd il evli olub. Dilək isə bu evlilikdən dünyaya gəlib. Dörd ilə sönra cütlük Vüsalənin qərarı ilə boşanıb.  

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO