Mədəniyyət naziri Xəyyam Nisanova fəxri adını təqdim etdi - FOTO/VİDEO

Mədəniyyət naziri Xəyyam Nisanova fəxri adını təqdim etdi - FOTO/VİDEO

Hazırda oxunan: Mədəniyyət naziri Xəyyam Nisanova fəxri adını təqdim etdi - FOTO/VİDEO

76180

Tanınmış müğənni Xəyyam Nisanova "Əməkdar artist" fəxri adı təqdim olunub.

Bizim.Media xəbər verir ki, müğənniyə fəxri adı Mədəniyyət naziri Anar Kərimov təqdim edib. 

Bu haqda müğənni sosial şəbəkə hesabında paylaşım edib.

"Bir daha cənab Prezidentimizə, Mədəniyyət nazirimizə və dəyərli xalqımıza mənə göstərilən yüksək etımada, sənətimə verilən dəyərə görə təşəkkür edirəm. Bundan sonra ölkəmizə, xalqımıza və mədəniyyətimizə böyük sevgi ilə xidmət edəcəyimə söz verirəm" deyə, X.Nisanov yazıb. 

Qeyd edək ki, ötən ilin oktyabr ayının 16-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin sərəncamı ilə müğənni Xəyyam Nisanov “Əməkdar artist” fəxri adına layiq görülüb.

Rəşad Əliyev, Bizim.Media

 

 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO