Müğənni Əminə Şirin həmkarı, keçmiş həyat yoldaşı Kazım Canla bağlı açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, “Şourum” maqazin verilişində qonaq olan sənətçiyə Kazımın ifa etdiyi mahnısına şərh bildirmək istənilib.
Ə.Şirin isə K.Canın ifasını eşidər-eşitməz başını tutaraq dinləmək istəməyib: “Bir dəfə qələt elədim, daha etmərəm. Susmaq haqqımdan istifadə etmək istəyirəm. Onun üçün nəfəs alıb, dediyim hər bir kəlməmin hər hərfi çoxdur”.
Daha sonra aparıcı Afaq Gəncəlinin “İkinci dəfə ailə həyatı quranda, toyun həbsxanada olub?” sualına Əminə belə reaksiya verib:
“Mən həbsxanada deyildim. Evləndiyim insan cəzaçəkmə müəssisəsində məhbus idi. Toyum həbsxanada olub. Gəlinlik libası geyinmişdim. Qızım isə hələ də atasının soyadını danışıyır”.
Qeyd edək ki, Əminə Şirin illər əvvəl evli olduğu Kazım Canla qalmaqallı şəkildə ayrılıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:34 / 25.05.2022
Azərbaycanlı müğənnidən ETİRAF: “Toyum həbsxanada olub” - VİDEO
Hazırda oxunan: Azərbaycanlı müğənnidən ETİRAF: “Toyum həbsxanada olub” - VİDEO
Hazırda oxunan: Azərbaycanlı müğənnidən ETİRAF: “Toyum həbsxanada olub” - VİDEO
76168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.