Şəhriyar Əbilov oğlundan danışdı: “Osmanla eyni gündə...” – VİDEO  

Şəhriyar Əbilov oğlundan danışdı: “Osmanla eyni gündə...” – VİDEO  

Hazırda oxunan: Şəhriyar Əbilov oğlundan danışdı: “Osmanla eyni gündə...” – VİDEO  

76129

“Hər gün oğlumu altının yarısı bağçadan götürəndə bütün stresimi atıram”.  

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor və aparıcı Şəhriyar Əbilov qonaq olduğu “10-da görüşək” səhər şousunda deyib.  

Aktrisa və hind rəqslərinin mahir ifaçısı Oksana Rəsulova ilə evli olan Şəhriyar oğlu Osmanla eyni gündə doğulduğunu açıqlayıb: 

“Tam başqa hisslərdir. Evli olmamışdan və ata olmazdan əvvəl uşaqlar haqqında danışanda sadəcə qulaq asırdım. Amma indi övladım var. Hər dəfə məni görəndə, söhbət edir. İstəyir ki, ona nəsə öyrədim.
Təkrar-təkrar nəyisə soruşur, sən də ona təmkinlə başa salırsan. Bu, çox gözəl duyğudur. İnsan stres atır. Başa düşürsən ki, bu həyatda tək özün üçün yaşamırsan. Sənin ömrünü, gələcəyini, əkdiyin və suvardığın ağacın bəhrəsini dadacaq zamanın gələcək. Oğlum Osman 3 yaş 7 aylıqdır. O da mənimlə eyni gündə doğulub, avqustun 30-u. Eyni gündə doğulduğum üçün onu daha da çox istəyirəm”. 

Rəşad Əliyev, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO