Gövhər Həsənzadə: “Samirlə Elnuru Quranın altından keçirdim” - VİDEO

Gövhər Həsənzadə: “Samirlə Elnuru Quranın altından keçirdim” - VİDEO

Hazırda oxunan: Gövhər Həsənzadə: “Samirlə Elnuru Quranın altından keçirdim” - VİDEO

76091

"Elnur Hüseynov, Samir Cavadzadə, Fərid Məmmədov kimi hazırda yox olan sənətçilər işləmək istəyirlər. Bunun üçün onlara peşekar səhnə, geniş arena, şərait yoxdur! Ancaq istəyirik ki, xarici ulduzlara yüksək qonorar verək gətirək. Amma öz ifaçılarımıza şərait yaratsaq, inanın ki, tamaşaçıların musiqi ehtiyacını ödəyə bilərlər. Bəli, indiki mahnılar yadda qalmır, çünki, müğənnilər peşəkarları eşitmirlər, onlara güvənmirlər!". 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə qonaq olduğu “Üzə-düz” portret verilişində deyib.  

G.Həsənzadə 2007-ci ildə ilk dəfə Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı yarışmasında bəstələdiyi “Day after day” mahnısı ilə təmsil edən Samir Cavadzadə ilə Elnur Hüseynovdan danışıb.

Bəstəkar ilk dəfə duet ortaqlarının müsabiqə zamanı baş verən pərdəarxası məqamlarından söz açıb.  

"Elnurla Samir səhnəyə çıxanda elə vəziyyətdə idilər ki, düşündüm ki, mən səhnəyə çıxsam, onlardan yaxşı oxuyaram. Təzyiq var idi, o qədər şoklar yaşadılar ki... Pilləkənlə çıxanda onları Quranın altından keçirdim. Dedim ki, uşaqlar heç nəyi düşünməyin, səhnədə yıxılsanız belə.
Başqa nota qaçsanız da, bəstəkar mənəm, finalda onu dəyişdiyimi mən özüm onlara deyəcəm. Bizə Azərbaycandan baxırlar, oxuyun gedək evimizə. Bunun üçün məhz bura gəlmişik. Onlara elə ürək-dirək verdim ki, hətta finalda yarımfinaldan yaxşı oxudular. Mən orda bütün günü Samirin Elnura necə muğam öyrətməyinin şahidi idim. Məni qınadılar ki, eqoist kimi davrandım, 2 ən güclü səsi ora apardım. Dedim, ilk dəfədir ki, gedirik, biz ən yaxşısını göstərməliyik. Bəlkə də sadəlövh idik, o vahiməli səhnəni bilmirdik. Elə bilirdik ki, 1-ci yeri qazana bilərik...”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO