Ağadadaş Ağayev:

Ağadadaş Ağayev: "Allahın mənə göndərdiyi xəstəlik mükafat idi" - VİDEO

Hazırda oxunan: Ağadadaş Ağayev: "Allahın mənə göndərdiyi xəstəlik mükafat idi" - VİDEO

76013

"Mən xəstəliyimi Allah tərəfindən mükafat kimi qəbul edirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev qonaq olduğu "7 Canlı" axşam şousunda deyib. 

Xalq artisti ən çətin anda belə Allaha dualar etdiyini və bu dualar nəticəsində həm əməliyyatlarının yaxşı keçdiyini, həm də özünü yaxşı hiss etdiyini dilə gətirib:

"Xəstəlikdən əvvəl Allah mənə hörmət, şöhrət və pul verdi. Mənə dayaq oldu. Allah məni qat-qat artıq mükafatlandırdı. Bəzi insanlar xərçənglə üz-üzə gələndə şikayət və etiraz edirlər. Amma  mən bu xəstəliyə tutulanda səbr və təmkinlə yanaşdım. İstədim ki, bu xəstəliyi imtahan kimi keçməyə çalışım. Allah da səbr göstərənləri sevir. İnsan gərək xərçəng xəstəliyini dərd kimi yox, böyük imtahan kimi qəbul eləsin.

Mən də bu imtahana hazırlaşdım. Allaha müraciət elədim. Ona söylədim ki, bu həyatı dərk etmək üçün sənə daha yaxın olacağam. Hər məqamda işlərim çox yaxşı getdi. Əməliyyatlarım çox gözəl və rahat keçdi. Gözümü açıb gördüm ki, artıq mən otaqdayam. Əməliyyatım bitib, hər şey öz qaydasındadır".

Qeyd edək ki, Ağadadaş Ağayev uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. O, Türkiyənin İstanbul şəhərində yerləşən xəstəxanaların birində əməliyyat olunub.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO