“Balenciaga” BDSM ruhlu yeni kolleksiyası ilə GÜNDƏMDƏ - FOTO/VİDEO  

“Balenciaga” BDSM ruhlu yeni kolleksiyası ilə GÜNDƏMDƏ - FOTO/VİDEO  

Hazırda oxunan: “Balenciaga” BDSM ruhlu yeni kolleksiyası ilə GÜNDƏMDƏ - FOTO/VİDEO  

75906

Fransız moda evi “Balenciaga” Nyu-York birjasında növbəti nümayişini keçirib. Şouya dəvətlər 100 dollarlıq əskinas yığını şəklində hazırlanıb və treyderlər əvəzinə birjada qara lateks maskalı modellər gəzib.  

Bizim.Media-nın məlumatına görə, modellər qara lateks maskalar taxaraq, pandemiya maskası rejiminin mirası və “Balenciaga” kreativ direktoru Demna Qvasaliyanın pulun dünyada ən vacib fetiş olduğu və modanın şəxsiyyətləri sildiyi barədə sözlərinin təcəssümü olan podiumda parad keçiriblər.  

Demna Qvasaliyanın şəxsən qarşıladığı fəxri qonaqlar arasında reper Kanye Uest, Nyu-York meri Erik Adams, Amerikanın “Vogue” jurnalının baş redaktoru Anna Vintur, rusiyalı aktrisa Renata Litvinova da olub.

Modellər podiuma məxmər və ipək paltarlarda, iri kamanlı jakarlı köynəklərdə, həcmli paltolarda və ipək yağmurluqda çıxıblar.  
Mövsümün əsas aksesuarı BDSM ruhunda olan, sahibinin kimliyini tamamilə gizlədən lateks maskadır.

Şounun ikinci hissəsi yazdan bəri hər kəsin danışdığı “Adidas” ilə əməkdaşlığa həsr olunub. Bunlar klassik üç zolaqlı idman kostyumları, köynəklər, şortlar, kombinezonlar və ağ və göy rəngli Triple S idman ayaqqabılardır.  

Rəşad Əliyev, Bizim.Media

 




















 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO