Kəmalənin ifası yarımçıq kəsildi, sinə dekoltesinə görə - VİDEO

Kəmalənin ifası yarımçıq kəsildi, sinə dekoltesinə görə - VİDEO

Hazırda oxunan: Kəmalənin ifası yarımçıq kəsildi, sinə dekoltesinə görə - VİDEO

75874

Ötən gün ARB TV-də yayımlanan “Həmin Zaur” axşam şousunda kuryoz hadisə baş verib. Verilişdə qonaq olan Kəmalə Qaramollayevanın sinə dekoltesi ona çətin anlar yaşadıb.  

Bizim.Media xəbər verir ki, ifası zamanı pencəyin önü açıq qaldığından, müğənninin daş-qaşlarla bəzədilmiş karseti ön plana çıxıb.  

Bu zaman verilişin aparıcısı Zaur Kamal Kəmaləyə “göz-qaşla” pencəyinin yaxa hissəsini bağlamağa işarə vurub. Qaramollayeva isə bunu görməzdən gəlib. /Müğənninin ifası yarımçıq kəsilib və “hava məlumatı”na keçid olunub.  

Veriliş yayıma qayıtdıqdan sonra isə Kəmalənin pencəyinin ön hissəsi bağlı olub.

Qeyd edək ki, diqqət çəkən məqamlardan biri K.Qaramollayevanın pencəyi olub.Belə ki, arxa hissəsi püsküllü olan bu geyimi daha əvvəl həmkarı Mətanət Əsədova “Tarixin Bir Günü” günorta şousunda geyinib.  

Rəşad Əliyev, Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO