Əməkdar artist köhnə qalmaqalı yenidən alovlandırdı - VİDEO

Əməkdar artist köhnə qalmaqalı yenidən alovlandırdı - VİDEO

Hazırda oxunan: Əməkdar artist köhnə qalmaqalı yenidən alovlandırdı - VİDEO

75557

Bir neçə il öncə "Lider Mən" verilişində qonaq olan müğənni Şəbnəm Qəhrəmanovanın, "Vasif Məhərrəmli şou-biznesin ən xəsis müğənnisidir" sözlərinin yer aldığı görüntülərin yenidən sosial şəbəkələrdə paylaşılması qarşı tərəfin qəzəbinə səbəb olmuşdu.

Vasifin qonaq olduğu efirlərin birində, "Sən ailə qurmamısan. Heç mən səndən soruşuram ki, sənin oğlunun atası kimdir?" söyləməsi qalmaqalı daha da alovlandırmışdı. Bir çox şou-biznes nümayəndələri bu məsələdə Şəbnəm Qəhrəmanovaya dəstək çıxmışdılar.

Bizim.Media xəbər verir ki, Əməkdar artist Nigar Şabanova "MTV Maqazin"ə müsahibəsində bu məsələni yenidən gündəmə gətirib.

O, ad çəkmədən Vasif Məhərrəmlinin bostanını daş-qalaq edib. 

"Azərbaycan kişisi qadınla baş-başa gəlməz, onun eybini açmaz. Kişi odur ki, qadının eyibini örtsün. Heç kim nə özünün, nə də övladının həyatı ilə bağlı sığortalanmayıb. Kimsə bilmir ki, sabah özünün, övladının, qohumunun, əzizinin başına nə  iş gələcək".

Qeyd edək ki, Vasif Məhərrəmli müsahibələrin birində Şəbnəm Qəhrəmanovaya qarşı etdiyi xoşaqəlməz hərəkətə görə, ondan üzrxahlıq etmişdi.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO