Xalq artisti şəhid oğlundan danışdı: “Ağır yaralanıb qan içində olsa da, geri dönməyib...

Xalq artisti şəhid oğlundan danışdı: “Ağır yaralanıb qan içində olsa da, geri dönməyib..."

Hazırda oxunan: Xalq artisti şəhid oğlundan danışdı: “Ağır yaralanıb qan içində olsa da, geri dönməyib..."

75340

"Oğlum çox yüksək vəzifələrdə çalışdı. Hər zaman fikri orduda idi. Mubariz İbrahimov şəhid olanda bütün gün zabitlərlə danışırdı, sarsılmışdı. Polad Həşimov dünyasını dəyişəndə isə hönkür-hönkür ağlayırdı. Deyirdi, bir kursda oxumuşuq, hamımız şəhid olmalıyıq. Getdi döyüşə, vuruşdu. Qubadlıda, Daşaltıda da yaralanıb, qan içində olub, amma geri qayıtmayıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Əli Nur qonaq olduğu “Bizimləsən” verilişində deyib.

Şəhid oğlu Rövşən Nurzadədən söz açan sənətkar onunla bağlı xatirələrini bölüşərkən kövrəlib. O, oğlunun Şuşanın girişində can verdiyi görüntülərini gördüyünü deyib:

“Şuşanın girişində ona güllə dəyib, can verəndə videosunu çəkiblər. Oğlumun can verəndə çəkilən videosu telefonumdadır. Ağrıkəsici iynə vurdurub və döyüşə davam edib. Həmin iynəni anası bu yaxınlarda evdə görüb, ağlayıb. Güllə ona dəyəndə deyib ki, bu qədər yol gəlmişik, geri dönməyə haqqımız yoxdur".

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı aktyoru və Prezident təqaüdçüsü Əli Nurun baş leytenant oğlu R.Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə qəhrəmancasına şəhid olub.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO