"Mənim ailəmdə də autizm xəstəliyi olanlar var. Bibim uşaqları və onların nəvələri autizm xəstəliyindən əziyyət çəkirlər".
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Xalq artisti Röya Ayxan deyib.
O, öz təşəbbüsü ilə Heydər Əliyev Fondu Tərəfindən inşa edilən Autizm Mərkəzində yaradılan şəraitlə tanış olub.
Sənətçi autizm xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşərək, onlarla həmsöhbət olub. Röya Mərkəzdə musiqiyə böyük sevgisi olan Ayxanla ünsiyyətdə olub.
Pianoda "Şuşanın dağları" mahnısını ifa edən Ayxana Röya öz ifası ilə dəstək olub.
Sənətçi orada xanımların əl işləri də tanış olub. Muncuqlu qolbaqları sevdiyini söyləyən sənətçi 500 manata yaxın ödəniş edərək, qolbaqları alıb.
O, sonra autizm xəstəliyindən əziyyət çəkən uşaqlarla bir araya gələrək, onlarla mahnılar oxuyub.
Rəşad Əliyev Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:16 / 19.05.2022
Xalq artisti Röya: \"Ailəmdə autizm xəstəliyi olan uşaqlar var\" - FOTO/VİDEO
Hazırda oxunan: Xalq artisti Röya: \"Ailəmdə autizm xəstəliyi olan uşaqlar var\" - FOTO/VİDEO
Hazırda oxunan: Xalq artisti Röya: \"Ailəmdə autizm xəstəliyi olan uşaqlar var\" - FOTO/VİDEO
75231
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.