Oqtay Əliyev

Oqtay Əliyev "Yeni Ulduz"dan danışdı: "Günay çarpayıya uzanmırdı ki..." - VİDEO

Hazırda oxunan: Oqtay Əliyev "Yeni Ulduz"dan danışdı: "Günay çarpayıya uzanmırdı ki..." - VİDEO

74680

"Günay İbrahimli "Yeni ulduz" müsabiqəsində iştirakçı olanda, onun üzərində xeyli əziyyət çəkdik. Onun bir səhnəciyi vardı. Mahnısını dəmir başlı çarpayıda oturub oxumalı idi. Sanki depressiyadadır. Günay dirəşdi ki, çarpayının üzərində oturub ifa etmək istəmirəm. Dedik ki, sənin əynində geyim var, narahat olma. Cavab olaraq Günay söylədi ki, "Yox! El-aləm mənə nə deyər?! Məni tikə-tikə doğruyarlar. Biz isə təkidlə onu seçim qarşısında buraxdıq. Söylədik ki, ya gedəcəksən, ya biz bu səhnəciyi edəcəyik. Bir təhər razılığa gəldi".

Bizim.Media xəbər verir ki, bu sözləri məşhur televiziya prodüseri və "SOY" prodakşının təsisçisi Oqtay Əliyev qonaq olduğu "7 canlı" gecə şousunda deyib. 

O, müsabiqənin digər iştirakçısı, müğənni Sevda Yahyayeva ilə də qalmaqal yaşadığını bildirib:

"Sevda ilə hər zaman dava edirdim. Söyləyirdim ki, üzün gülsün. Nə qədər məktəbli kimi çıxıb oxumaq olar? İndi Günay ilə Sevda "tarelka", şüşə, qəlb də qırırlar. Nə desən edirlər. Amma o zaman heçnə edə bilmirdilər".

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO