Rumıniya “Avroviziya-2022”nin təşkilatçılarını saxtakarlıqda GÜNAHLANDIRDI 

Hazırda oxunan: Rumıniya “Avroviziya-2022”nin təşkilatçılarını saxtakarlıqda GÜNAHLANDIRDI 

74579

Rumıniya “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçılarını səslərin saxtalaşdırılmasında ittiham edib.  

Bizim.Media xəbər verir ki, Rumıniya nümayəndə heyətinin rəhbəri Yuliana Marçuk bildirib ki, onların ölkəsindən olan münsiflər heyəti Moldovaya 12 xal verib, lakin qiymətlərin elanı zamanı nədənsə onlar Ukraynaya gediblər.  

"Rumıniya münsiflər heyətinin səsverməsinin nəticəsinin yekun reytinq hesablanarkən nəzərə alınmaması, təşkilatçıların ölkəmizin münsiflər heyəti adından fərqli siyahıdan istifadə etməsi bizi təəccübləndirdi" deyə İuliana bildirib. 
Yarışmadan dərhal sonra təşkilatçılar altı ölkədə münsiflər heyətinin səsverməsində pozuntuların olduğunu və onların dayandırıldığını açıqlayıb.  

Qeyd edək ki, “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı Avropa Yayım Birliyi (AYB) dünənki yarışmanın səsverməsi zamanı 6 ölkənin (Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marino) münsiflər heyəti tərəfindən müsabiqədən çıxarıldığını bəyan edib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO