"Lalə gözləyirdi ki, mən ondan danışım və onu müdafiə edim. Səndən əğər kimə qulaq asdığını soruşurlarsa, cavabında isə Brilliant demirsənsə, mən axı sənin haqda necə danışa bilərəm?!
Desəydin ki, mən Brillianta qulaq asmışam, o zaman sən mənə sənin haqda danışmağa salahiyyət verəcəkdin. Sən onu deməmisənsə, hər bir savadlı və məntiqli insan bunu anlayır. Mən də özümü normal və məntiqli insan hesab etdiyim üçün mənə bu salahiyyət verilmədi, mən də danışmadım".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Şourum" maqazin verilişinə müsahibəsində deyib.
İllərdir Dadaşova ilə Əməkdar artist Lalə Məmmədova arasında gedən soyuq savaş davam edir. Brilliant yenə də Lalənin onun səsini təqlid etməkdə günahlandırıb.
"Lalə bu məsələdə özünəməxsus sözlər danışır. Bu isə məndən uzaq şeylərdir. Mən onunla tanış deyiləm ki, ondan küsüm. Bir insanla küsmək üçün əvvəlcə onunla tanış olmaq lazımdır. Sadəcə görürdüm ki, Lalə oxuyur. Eyni ilə mənim səsimdəki çalarları təkrar edir. Onları isə etmək heç də asan iş deyil. Amma Lalə bunu edə bilir. Ondan kimi dinlədiyini soruşduqda o başqa müğənninin adını söyləmişdi. Ona görə də mən susdum. Sonra da Lalə çıxıb demişdi ki, "Brilliant məni niyə müdafiə etmir?".
Mənim adımı çəksəydi, cavab olaraq söylərdim ki, "Lalənin niyə üstünə gedirsiz? Axı o məni dinləyib. Amma mənim adımı çəkmirsə, demək mənə Lalə salahiyyət vermir ondan danışmağa".
Xalq artisti "qanlı bıçaq" olduğu həmkarlarından da söz açıb.
"Mən küsdüyüm insanlarla barışıram, küsməyi sevmirəm. Həyatımdan sildiyim insanlar çox təhlükəlidirlər. O insan ki, sənin adından yalan danışır, sənə şər, böhtan atır, o, çox təhlükəlidir. Ondan təhlükəli adam ola bilməz".
Rəşad Əliyev, Bizim.Media