Xəbər verdiyimiz kimi, həftələr əvvəl oğlu Nurlana dəm-dəsgahlı toy edən şairə Nazilə Səfərlinin məclisinə yaxın rəfiqəsi, müğənni Xatirə İslam gəlmədiyi üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda "Şourum" maqazin verilişi məlumat verib.
X.İslam həmkarlarından fərqli olaraq toyda gözə dəyməsə də, pul salmağı unutmayıb.
Dostlardan biri Xatirənin adını məktuba yazaraq, içinə nə az nə çox 1000 dollar qoyduğu məlum olub.
Qeyd edək ki, Xatirə İslam Moskvada səfərdə olduğundan toya dəvət alsa da qatıla bilməyib.
Rəşad Əliyev, Bizim.Media