Rüfət İsmayıl Nadirin “Avroviziya” geyimi HAQDA: “Madsin fikrini dəyişməyə haqqımız yoxdur”

Rüfət İsmayıl Nadirin “Avroviziya” geyimi HAQDA: “Madsin fikrini dəyişməyə haqqımız yoxdur”

Hazırda oxunan: Rüfət İsmayıl Nadirin “Avroviziya” geyimi HAQDA: “Madsin fikrini dəyişməyə haqqımız yoxdur”

73629

“Artıq bildiyiniz kimi, N.Rüstəmlinin “Avroviziya”daki tamaşasının quruluşçu rejissoru danimarkalı Deyn Mads Enqaarddır. O, bundan daha əvvəldə təmsilçilərimiz Çingiz Mustafayev və Samirə Əfəndinin səhnə şousunun tərtibatçısı olub.

Nadir Rüstəmlinin səhnə geyiminin ideyası - yəni rəngi, biçimi, uzunluğu və üslubu bizə deyil, Madsa məxsusdur. Biz təmsilçimizin səhnə geyimini Madsin sifarişi ilə tikirik. Təəssüf ki və ya xoşbəxtlikdən, mən tərəfdən geyimə heç bir müdaxilə edilə bilməz”.  
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində dünyaca məşhur dizayner və “Afffair” brendinin təsisçisi Rüfət İsmayıl söyləyib.  

Dizayner, Nadir Rüstəmlinin “Avroviziya” səhnəsinə geyinəcəyi geyimlə bağlı bunları diqqətə çatdırıb.   


“Madsin geyimdə tərtib etdiyi rəng, üslub, ideya və konsepsiyasını dəyişməyə haqqımız yoxdur. Çünki bir və səhv addım və ya hərəkətlə biz bütün səhnəni və onun ideyasını məhv edə bilərik. Ona görə də biz işi yalnız sifarişlə və bu tamaşanın rejissorunun ideyasına uyğun həyata keçiririk. Nadirin hansı tərzdə və geyimdə çıxış edəcəyi ilə bağlı sizə məlumat verə bilməyəcəyəm. Konfidensiallığı təmsilçimizin çıxışına kimi saxlamalıyıq. Bir onu qeyd etmək istəyirəm ki, geyim art tərzində hazırlanıb. Çox dəbli alındığını düşünürəm”. 

R.İsmayıl ötən gün baş tutan “Avroviziya”nın açılış mərasimindən də söz açıb. Nadirin əyninə geyindiyi qara rəngli ekstraordinar kostyumunun müəllifi N.Rüstəmlinin səhnə geyiminin onlara deyil, danimarkalı Deyn Mads Enqaardda məxsus olduğunu bildirib.  

“Firuzəyi xalçada olduğu kimi bütün ideyanı dizaynerə təqdim etsəydilər, hər şey standartdan fərqli olardı. Bildiyiniz kimi, “Avroviziya”nın açılışında Nadirin qara kostyumun ideyası mənə məxsus idi. İfaçının üslubu üzərində isə stilist Fuad Hacıyev çalışıb.
Əgər “Avroviziya” üçün geyimləri bizim gördüyümüz kimi hazırlamaq seçimi təqdim edilsəydi, bəlkə də bunu başqa cür edərdik. Ancaq bu seçim bizdə yox, Madsdədir. Biz onun istədiyini etməliyik. Madsin geyim haqqında fikrini dəyişməyə haqqımız yoxdur”.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO