“Xəbər-ətər” səhər şousunda Əməkdar artist Şəbnəm Tapdıq sərt təpki nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, verilişin aparıcısı Zümrüd Bədəlovanın sənətçiyə ünvanladığı sual, qarşı tərəfi özündən çıxardıb.
Belə ki, aparıcının “hazırda müasir pop ifaçıları arasında kimi dinləyirsiz?” sualına Ş.Tapdıq “Aygün Mahmudova, Çinarə Məlikzadə, Səbinə Babayeva, Günay İbrahimli, İradə İbrahimovanı dinləyirəm. Çox gözəl səslər var” - deyə cavab verib.
Zümrüdün “adaşınıza, yəni Şəbnəm Tovuzluya qulaq asırsınız?” sözlərindən əsəbiləşən Tapdıq “Yadıma düşmür. Bir dənə mənəm Şəbnəm, vəssalam” deyib.
Qeyd edək ki, bir neçə il əvvəl Əməkdar artist Şəbnəm Tapdıq onunla adaş olan müğənniləri məhkəmə ilə hədələyib. Tapdığın iddiasına görə, Azərbaycanda "Şəbnəm" adı ilk dəfə onda olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:59 / 10.05.2022
Zümrüdün sualı Əməkdar artisti əsəbiləşdirdi: "Bir dənə mənəm Şəbnəm" - VİDEO
Hazırda oxunan: Zümrüdün sualı Əməkdar artisti əsəbiləşdirdi: "Bir dənə mənəm Şəbnəm" - VİDEO
Hazırda oxunan: Zümrüdün sualı Əməkdar artisti əsəbiləşdirdi: "Bir dənə mənəm Şəbnəm" - VİDEO
73597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.