Nadir küsdüyü Tünzalə ilə Nazilənin oğlunun toyunda barışdı - VİDEO  

Nadir küsdüyü Tünzalə ilə Nazilənin oğlunun toyunda barışdı - VİDEO  

Hazırda oxunan: Nadir küsdüyü Tünzalə ilə Nazilənin oğlunun toyunda barışdı - VİDEO  

73587

Xəbər verdiyimiz kimi, ötən gün şairə Nazilə Səfərlinin oğlu Nurlanın toyu olub. 

Bizim.Media xəbər verir ki, məclisdə iştirak edən Xalq artisti Tünzalə Ağayeva ilə həmkarı Nadir Qafarzadə bir araya gəlib.  

Xalq artisti çıxışı zamanı çətin anlar yaşayıb. Belə ki, geyindiyi uzun libası Ağayevaya pilləkanlardan düşməyə manə olub. Bu anda isə Tünzalənin köməyinə Nadir çatıb.  

O, Tünzalənin libasının ətək hissəsini qaldıraraq, ona pilləkanlardan düşməyə yardımçı olub. Daha sonra ikili əl-ələ verib qonaqların sırasına qatılıblar. 

Bu anları isə N.Qafarzadə video şəklində sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb. 
Qeyd edək ki, Nadir Qafarzadə bir müddət əvvəl qonaq olduğu “7 özəl” verilişində bildirib ki, böyük oğlu Loğmanın toyuna Tünzalə Ağayevanı dəvət etsə də, o məclisə qatılmayıb. Bundan sonra Qafarzadə Ağayevadan incik düşdüyünü açıqlayıb”. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO