“Avroviziya” təmsilçimiz Nadir Rüstəmli: “Başqa ölkələrin təmsilçisi vokalımı qısqanır” - VİDEO 

“Avroviziya” təmsilçimiz Nadir Rüstəmli: “Başqa ölkələrin təmsilçisi vokalımı qısqanır” - VİDEO 

Hazırda oxunan: “Avroviziya” təmsilçimiz Nadir Rüstəmli: “Başqa ölkələrin təmsilçisi vokalımı qısqanır” - VİDEO 

73578

“İkinci yarımfinalda dördüncü nömrə altında çıxış edəcəyəm. Çox böyük həyəcan var. Avroviziyaya getmək və bu səhnədə çıxış etmək mənim uşaqlıq arzumdur. Düşünürəm ki, həyəcanın olması çox yaxşıdır. Çünki həyəcan varsa, məsuliyyət də var. Amma bundan daha vacibi səhnəyə çıxdığım an, içindəki həyəcanı qova bilməkdir. Ümid edirəm ki, bu, məndə alınacaq”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində təmsil edən gənc müğənni Nadir Rüstəmli “Sabahın Xeyir Azərbaycan” səhər şousuna Turin şəhərindən “Skype”la qoşularkən deyib.  

Verilişin aparıcısı Azər Süleymanovun “Sənin çıxışını, perfomansını “Avroviziya” fanatları necə qarşılayıb, qiymət verirlər?” sualına ifaçı belə münasibət bildirib: “Turində arda-arda yağışlar yağdı. O yağışın altında ötən gün “Avroviziya”nın açılış mərasimindən sonra konsert oldu.

Orada öz nömrəmi təqdim etdim. Yağış çox güclü yağırdı. Amma mənim çox xoşum gəldi yağışın altında çıxış etmək.

“Avroviziya” fanatları ifamı və perfomansını böyük coşqu, alqışla qarşıladılar. Açılış mərasimindəki iştirakım çox danışıldı. Söylədilər ki, ən yaxşı kişi geyimi Nadirdə idi. Bu geyimə görə isə dizayner Rüfət İsmayıla minnətdarlığımı bildirirəm. Restoranda oturub yemək yediyim zaman ofisiantlar yaxınlaşıb mənimlə şəkil çəkdirir, imza götürür, həmsöhbət olurdular. Açılış mərasimində ən çox eşitdiyim söz “Sən qalib olacaqsan. Sən qalib olmağa layiqsən” idi”. 
Aparıcının “Vokalınla bağlı xoş sözlər aldığını eşitmişik” şərhinə N. Rüstəmli “Başqa ölkənin təmsilçisi mənə söylədi ki, “Sənin vokalını qısqanıram” - deyə, cavab verib.  

Qeyd edək ki, mayın 12-də Turində keçiriləcək ikinci yarımfinalın birinci hissəsində Azərbaycan təmsilçisi Nadir Rüsrəmli “Fade to black” balladası ilə çıxış edəcək. Onun səsvermə nömrəsi 4-dür. 10-14 may tarixlərində keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi İctimai Televiziya ilə canlı yayımlanacaq.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO