Xəbər verdiyimiz kimi, bu gün məşhur şairə Nazilə Səfərlinin oğlu Nurlanın toyudur.
Bizim.Media xəbər verir ki, şairə anasının gəlinləri Nuranəyə “xeyir-dua” verdiyi an çəkdiyi görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Nazilə yayımladığı videoya “Nənə “xeyir-duası”. Qoy bütün analar bu anı yaşasın” şərhini yazıb.
Kadrlarda Nazilənin anası onun önündə əyləşən gəlininə “Mehriban ol. Nurlan sənə nəsə demək istəyəndə, sözlərini onun gözlərindən oxu. Sən də deməlisən ki, başa düşdüm nə demək istədiyini. Bir yumruq kimi möhkəm olun, qızım. Xoşbəxt olun”, - deyərək, kövrəlib.
Şairə “Nəvə toyu görürsən, ana. Gözün aydın. Amma öz aramızdır çox cazibədar görsənirsən. Axşam səni qaçıra bilərlər. Çox gözəl görünürsən. Əsl “ledi”sən. Paltarın da sənə çox yaraşıb” - deyə anasına səslənib.
Qeyd edək ki, bir neçə gün əvvəl Nazilə Səfərli gəlininə xına məclisi keçirib. Həftələr öncə isə Nurlan Nuranə cütlüyü Qusarda Laza şəlaləsinin önündə nikaha daxil olublar.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
18:30 / 09.05.2022
Nazilə gəlininə xeyir-dua verən anasına: “Cazibədar görünürsən, səni qaçıra bilərlər” - VİDEO
Hazırda oxunan: Nazilə gəlininə xeyir-dua verən anasına: “Cazibədar görünürsən, səni qaçıra bilərlər” - VİDEO
Hazırda oxunan: Nazilə gəlininə xeyir-dua verən anasına: “Cazibədar görünürsən, səni qaçıra bilərlər” - VİDEO
73477
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.