Baliyə köçən Çingiz

Baliyə köçən Çingiz "Jeep"ini satır - FOTO

Hazırda oxunan: Baliyə köçən Çingiz "Jeep"ini satır - FOTO

73429

“Yol yoldaşını doğru seçənlər heç zaman yol yorğunu olmazlar. Belə bir yol yoldaşıyla isə heç yolumuzda daş da olmadı. Birgə gözəl yollar qət etdik, yeni yerlər kəşf etdik, yaradıcılığımın ekrana daşıdığım hissələrində də öz “rolunu” oynadı. Bəlkə də artıq özünə yeni yol yoldaşı tapmağın vaxtıdır. Çünki, mən də ondan uzaqlardayam artıq”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Baliyə köçən müğənni Çingiz Mustafayev sosial şəbəkə hesabında yazıb.   

Sənətçi uzun zamandan bəri idarə etmədiyi avtomobilini satdığını açıqlayıb: 

“Bu gözəl yol yoldaşımı, “Jeep”imi auksion qaydası ilə dinləyicilərimdən birinə satmağı qərara almışam”.  

Qeyd edək ki, İki əvvəl Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Truth” mahnısı ilə layiqincə təmsil edən Çingiz Mustafayev pandemiyada Rusiyaya bir neçə aydan sonra isə Bali adalarına köçüb. Restoranlarda və klublarda çalışan müğənni, orada musiqi fəaliyyətini davam etdirir.   

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO